
TRIPP layihəsinin həyata keçirilməsi təkcə Ermənistan üçün deyil, bütün region üçün dönüş nöqtəsi olacaq. Bu gün daha qəti şəkildə qeyd etməkçün icazə verin ki, Ermənistan Respublikasının müharibə və ya münaqişədən çıxmaqla sülh qovşağına çevrilmə prosesi çox aydın templə baş verir.
Bu barədə Parlamentin iyunun 16-da keçirilən iclasında Baş nazir Nikol Paşinyan bildirib.
“Məmnunluqla qeyd etməliyəm ki, ABŞ və İran İslam Respublikası arasında baş vermiş sülh sazişi “Sülh kəsişməsi” layihəsini daha da aktuallaşdırır və təbii ki, TRIPP layihəsi çərçivəsində xatırlatmaq istəyirəm ki, bu layihənin ən mühüm incəliklərindən biri ondan ibarətdir ki, təkcə şərqdən qərbə deyil, həm də Şimaldan Cənuba və ya əks istiqamətdə kommunikasiya yolları açılır.
Qeyd etməliyəm ki, bu proses, TRIPP layihəsi Fars körfəzi – Qara dəniz kommunikasiya yollarını da şübhəsiz və qətiyyətlə açacaq.
O cümlədən (bu barədə dəfələrlə danışmışıq) Aralıq dənizi və Xəzər dənizi arasında kommunikasiya yollarını ki, bunlar açıq-aydın Ermənistanı sülh və iqtisadiyyat qovşağına çevirəcək.
Bu baxımdan demək istəyirəm ki, 2025-ci ildə qəbul etdiyimiz qərarlar artıq Ermənistanda praktiki nəticə verir” – deyə o, bildirib.







