
2026-cı il martın 31-nə Ermənistanın dövlət borcu 5 trilyon 311 milyard dram təşkil edib. Alınan məlumata görə, bu barədə Ermənistan Parlamentinin maliyyə-kredit və büdcə məsələləri daimi komissiyasının növbədənkənar iclasında maliyyə naziri Vahe Hovannisyan bildirib.
Nazir söyləyib ki, 2025-ci il dekabrın 31-i ilə müqayisədə dövlət borcu 11 milyard dram artıb.
“Martın 31-nə dövlət borcu 5 trilyon 311 milyard dram təşkil edir ki, bu da dekabrın 31-i ilə müqayisədə cəmi 11 milyard dram çoxdur. Dollar ifadəsində borcumuz 14 milyard 68 milyon dollardır” – deyə Hovannisyan bildirib.







