
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində iyunun 17-25-də Ermənistan Respublikasında artıq ənənəvi hal almış “Qartal tərəfdaş-2026” təlimi keçiriləcək. Bu barədə Müdafiə nazirliyindən bildirilib.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının (250 iştirakçı), Avropa və Afrikadakı ABŞ Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransa (24 iştirakçı), Yunanıstan (11 iştirakçı) Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edəcəklər.
Təlim zamanı sülhməramlı tapşırıqların hazırlanması və icrası üzrə məşqlər keçiriləcək.
“Qartal tərəfdaş-2026” təliminin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmənin sülhməramlı əməliyyatlar çərçivəsində qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi həyata keçirmək, habelə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin hazırlığını gücləndirməkdir.
Sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlar üçün hazırlanan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə bu cür birgə təlim və məşqlərdə iştirak edirlər.







