
Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq müdafiə texnologiyaları sərgisi çərçivəsində Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan Fransa Silahlı Qüvvələr və Veteranlar üzrə nazir Alis Rufo ilə görüşüb.
“Görüş zamanı biz hərbi sənaye, müdafiə innovasiyaları və qabaqcıl texnologiyalar sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik” –Xəbər agentliyinin məlumatına görə, bu haqda Mxitar Hayrapetyan “Facebook” səhifəsində yazıb.
Görüş zamanı mayın 5-də Yerevanda imzalanmış strateji anlaşma memorandumunun müddəalarının icrası prosesinə toxunulub, qarşıdakı addımlar ətrafında razılıq əldə edilib.







