BaşlıcaSiyasət

İran İslam Respublikasında Ermənistan Respublikasının səfiri Qriqor Hakobyan İİR Gömrük Xidmətinin rəhbəri Forud Əsgəri ilə görüşüb

Verilən məlumata görə, bu barədə İrandakı Ermənistan səfirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistan və İran arasında ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı, ticarətin asanlaşdırılmasına yönəlmiş addımların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə Meğri-Norduz sərhəd keçid məntəqələrinin fəaliyyəti, sərhəd prosedurlarının təkmilləşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması imkanlarına toxunulub.

Bildirilib ki, bu kontekstdə tərəflər iki ölkənin gömrük orqanları arasında mövcud olan sıx qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Daha çox göstər
Back to top button