BaşlıcaEkonomika

Firebird AB Qazaxıstanla 10 milyard dollarlıq strateji əməkdaşlıq müqaviləsi imzalayıb

Ermənistanda NVIDIA, Dell Technologies və Ermənistan hökuməti ilə əməkdaşlıq edərək irəli səviyyəli süni intellekt infrastruktur layihəsi həyata keçirən “Firebird AB” şirkəti, Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf nazirliyi ilə 10 milyard ABŞ dolları dəyərində strateji əməkdaşlıq müqaviləsi imzaladığını elan edib.

Bu barədə şirkətdən məlumat verilib.

Tərəfdaşlığın məqsədi Qazaxıstanda süni intellekt infrastrukturunun, insan potensialının və innovativ ekosistemlərin inkişafına dəstək verməkdir.

Layihə çərçivəsində yeni nəsil AB məlumatların emalı mərkəzləri kompleksinin (AB data center campus) yaradılması, peşəkar bacarıqların artırılması proqramlarının icrası və qlobal aparıcı texnologiya tərəfdaşları ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Daha çox göstər
Back to top button