Başlıcaİctimaiyyət

Gürcüstanda azərbaycanlıların iştirakı ilə “oğru aləmi ” ilə bağlı biznes-reket sxemi aşkar edilib

Gürcüstanda “oğrualəmi” ilə bağlı biznes-reket işi aşkar edilib.Bu haqda  TV Pirveli xəbər verir . Tbilisidə, Şida Kartli və Kvemo Kartlidə keçirilən genişmiqyaslı xüsusi əməliyyat çərçivəsində 21 nəfər həbs edilib.

İstintaqın məlumatlarına görə, həbs edilənlərdən biri gömrük xidmətinin keçmiş işçisidir.

Marneulidə yerləşən evində xüsusi əməliyyat sübh çağı həyata keçirilib. Həbs edilənin qohumları onun cinayət qrupu ilə heç bir əlaqəsinin olmadığını və yanlışlıq baş verdiyini iddia edirlər.

İş üzrə digər bir şəxs – Kasp bələdiyyəsində həbs edilmiş İbrahim Nuriyev öz vəkilinin sözlərinə görə, zərərçəkəndir və özü də cinayətkar avtoritetlərin təzyiqinə məruz qalıb.

İstintaq iddia edir ki, həbs edilənlər maliyyə mübahisələrinin tənzimlənməsi məqsədilə qondarma “oğru hesablaşmalarının” təşkilində iştirak ediblər.

 Hüquq-mühafizə orqanlarının versiyasına görə, sxemə xaricdə olan azərbaycanlı cinayətkar avtoritet Elmurad Məmmədov cəlb olunub.

Bildirilir ki, daha doqquz nəfərə ittiham irəli sürülüb; onların bir hissəsi həbsdədir, bir hissəsi isə axtarışa elan edilib.

İş materiallarına görə, Gürcüstanda Məmmədovla əlaqəli şəxslər vasitəsilə biznes nümayəndələrindən və vətəndaşlardan böyük məbləğlər tələb olunub.

 İstintaqın iddiasına görə, imtina edildikdə fiziki hesablaşma və ölüm təhdidləri səsləndirilib. Bundan başqa, TV Pirveli-nin məlumatına görə, bir sıra hallarda zərərçəkənlərin evləri yandırılıb.

Gürcüstan Daxili İşlər nazirliyindən bildirilib ki, axtarışlar zamanı mobil telefonlar və kompüter texnikası müsadirə edilib ki, şübhəlilər bunlardan bir-biri ilə və xaricdəki cinayətkar avtoritetlə əlaqə qurmaq üçün istifadə ediblər.

Həmçinin 62 min dollardan çox nağd pul aşkar edilib ki, bu da ehtimal ki, qondarma ümumi pul fondu (“obşak”) üçün toplanıbmış, eləcə də təqsirləndirilənlərə məxsus avtomobillər, sursat və odlu silah aşkar edili.

Bu barədə  Gürcüstan Online yazır.

Daha çox göstər
Back to top button