BaşlıcaEkonomika

AB diplomatları ilə görüşdə Ermənistan məhsullarının Avropa bazarına çıxış imkanları müzakirə olunub

ER Xİ nazirinin  müavini Vahan Kostanyan, İqtisadiyyat nazirinin müavinləri Anuşik Avetyan və Arman Xocoyan Ermənistanda akkreditə olunmuş Avropa Birliyi və üzv dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüblər.

Görüş zamanı Ermənistanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsi proqramları, erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi, ticarətin asanlaşdırılması məsələləri, habelə kənd təsərrüfatı və çiçəkçilik sahələrinə göstəriləcək dəstək proqramları müzakirə olunub.

 “AB Xarici İşlər nazirləri Şurası çərçivəsində baş tutan müzakirələrin davamı olaraq, görüşdə Ermənistan və Avropa Birliyi, AB üzv dövlətləri arasında ikitərəfli gündəmə aid bir sıra məsələlər, o cümlədən Ermənistanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsi və inkişaf proqramları müzakirə edilib.

İştirakçılar mövcud ticarət-iqtisadi məhdudiyyətlər şəraitində erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması məsələlərini vacib sayıblar.

Həmsöhbətlər həmçinin kənd təsərrüfatı və çiçəkçilik sahələrinə göstəriləcək praktiki dəstək proqramlarına toxunublar.

 Müzakirə iştirakçıları erməni məhsulları üçün Avropa bazarlarında yeni imkanların yaradılması və işgüzar əlaqələrin dərinləşdirilməsi istiqamətində qarşılıqlı olaraq həyata keçirilən addımların irəliləyişi haqqında məlumat mübadiləsi aparıblar” – deyə XİN-in bəyanatında qeyd olunur.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button