BaşlıcaEkonomika

Baş nazir Marqaradan da danışdı:  “Rusiya məhdudiyyətləri fonunda yeni bazarlar (o cümlədən türk bazarı)”

Baş nazir Nikol Paşinyanın mətbuat konfransında sualların çərçivəsi kifayət qədər geniş idi – region proseslərindən tutmuş iqtisadi çağırışlara qədər.

 Marqara keçid müntəqəsinin müvəqqəti açılması daimi ola bilərmi? Baş nazir Nikol Paşinyan “Radiolur”un sualına cavab olaraq proqnoz verməyə tələsməyərək belə bir qərar barədə hələlik bəyanat olmadığını vurğulayıb.

Ermənistandan Livanana humanitar yardım daşımaq üçün iyunun 12-də on günlüyə Marqara körpüsü açılıb. Ermənistan və Türkiyə ərazilərini birləşdirən keçid müntəqəsi hökumətin qərarı ilə iyunun 22-dək açıq olacaq ki, Ermənistandan Livana göndərilən humanitar yardım yükləri Türkiyə ərazisindən tez və az xərclə daşınsın.

Bu, son illərdə bir neçə dəfə tətbiq edilmiş müvəqqəti mexanizmdir. Marqara keçid müntəqəsinin “hamar şəkildə” bağlanmayıb açıq qalması mümkündürmü – deyərək “Radiolur” Baş nazirdən soruşdu:

“Suala cavab verə bilmərəm. Hələ açılma barədə bəyanat verilməyibsə, deməli mümkün deyil. Yəni, açıldığı və açıq olduğu elan olunarsa, deməli açıqdır”.

Azərbaycan Prezidentinin köməkçisinin Ermənistana səfərini vacib sayan Paşinyan danışıqların məhz Ermənistanda baş tutduğunu vurğulayıb:

“Yəni, bizim regionda və regiondan kənarda deyil, bu o deməkdir ki, sülh prosesi istiqamətində irəliləyirik. Və yarana biləcək bütün riskləri, xüsusilə də dünən parlament kürsüsündə danışdığım riskləri idarə edirik”.

“Radiolur” Baş nazirdən həmçinin Rusiyaya erməni məhsullarının ixracının məhdudlaşdırılması fonunda Türkiyəyə ixracın artırılması variantının nəzərdən keçirilib-keçirilmədiyini soruşdu.

Bütün digər istiqamətlər üzrə, o cümlədən Türkiyəyə ixrac imkanları nəzərdən keçirilir – deyə Paşinyan bildirib. Bu yaxınlarda erməni nümayəndə heyəti Qarsa gedib və orada türk iş adamları ilə görüş-müzakirə baş tutub:

“Yəni, ehtimal edirəm ki, qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər”.

Nüfuzlu Financial Times qəzeti yazıb ki, Avropa Birliyi Rusiyanın erməni məhsullarının idxalına qoyduğu məhdudiyyətlərin nəticələrini yumşaltmaq üçün Ermənistana sürətləndirilmiş prosedurla dəstək paketi hazırlayır.

 AB üzv dövlətlərinin əksəriyyətinin və Avropa Parlamentinin razılığını almalı olan tədbirlər Rusiya məhdudiyyətləri altına düşən təxminən 20 məhsul növünün əksəriyyətini əhatə edəcək.

Hansı müddətlərdən söhbət gedir və bu kompensasiya hansı məhsul növlərinə aid olacaq? Paşinyan əvvəlcə qeyd etdi ki, proseslər davam etdiyi müddətcə bu mövzu ətrafında əlavə gərginlik yaranmasını istəməz.

 Baş nazir həmçinin AB-dən vəziyyətə tez reaksiya verdiyinə və maliyyə dəstəyi baxımından məmnunluq ifadə etdi. Bu, sahibkarlara ünvanlı dəstək verməyə imkan verəcək ki, bu barədə hökumət artıq ilk qərarlarını qəbul edib.

 Hökumət paralel olaraq ixrac bazarlarının diversifikasiyası istiqamətində işləyir və bir bazardan asılılığı azaltmağa çalışır:

“Artıq ölkələrin sayı onlardan keçir. Üstəlik, onların əksəriyyətinə əvvəllər 0 ixracımız olub, 0 ixrac, təsəvvür edin. İndi biz artıq partiyalarımız var və təkcə partiyalarımız yox, artıq müqavilələrimiz var, böyük və uzunmüddətli partiyalar üçün müqavilələr”.

Baş nazir ən böyük problemin müqavilələrlə müəyyən edilmiş həcmlərin təmin edilməsi olacağını söyləyərkən öz sözlərini mübaliğə hesab etmir.

“Çünki indi açılmış bazarların gözləntisi və tələbi əvvəlki dövrdə ümumiyyətlə tədarük edə bildiyimizdən qat-qat böyükdür.

Və biz sahibkarlarımıza dəstək olmalıyıq ki, onlar məhsul həcmlərini artsınlar, təkcə qısamüddətli problemi həll edə bilmək üçün yox, həm də uzunmüddətli perspektivdə həmin bazarlarda öz varlıqlarını təmin etsinlər”.

Rusiyaya ixracın məhdudlaşdırılması fonunda sahibkarlar başqa bir vacib problemi – kreditlərin ağır yükünü hazırda ödəyə bilmədiklərini qaldırırlar.

Baş nazir arxayınlıq verir ki, tək qalmayacaqlar; artıq sahibkarların kredit öhdəlikləri ilə bağlı dəstək proqramı qəbul edilib:

“Paketi qəbul etdik, mən də hökumət iclasında bildirdim ki, biz vəziyyəti tədqiq və təhlil edirik və əgər obyektiv olaraq başqa yerlərdə də belə qərarların qəbul edilməsinə ehtiyac görsək, qəbul edəcəyik”.

Qəbul edilmiş paket hələlik 6 aylıq dəstək üçündür. Paşinyan ümid edir ki, uzatmağa ehtiyac olmayacaq, çünki bu müddət ərzində hökumət sahibkarların yeni bazarlarda yerləşə bilməsi üçün şərait yaradacaq. Onun qiymətləndirməsinə görə, hökumətin əsas məqsədi təkcə yaranmış problemlərin öhdəsindən gəlmək deyil, həm də erməni ixracının coğrafiyasının uzunmüddətli genişləndirilməsidir

Daha çox göstər
Back to top button