
Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı günlərdə Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini bəyan edib.
Bu bəyanat “Rosselxoznadzor” tərəfindən erməni bir sıra məhsul növlərinin idxalına qoyulan qadağalar fonunda səslənir.
“Həmin iclasda iştirak edəcəyəm və dediyim kimi, bu məsələlərlə məşğul olacağıq, lakin bu gün də artıq məşğul oluruq; Aİİ institutları işləyir” – deyə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, bunlar adi, cari proseslərdir ki, baş verir və Ermənistan hakimiyyəti bu proseslərdə iştirak edəcək.
Avrasiya Hökumətlərarası Şurasının qarşıdakı iclası avqustun 15-nə Qırğızıstanın Çolpon-Ata şəhərində təyin edilib.







