
Ermənistan iyunun 1-dən 17-dək 411 ton istixana tərəvəzi və çiyələk, habelə təxminən 1,8 milyon ədəd çiçək ixrac edib.
Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının İqtisadiyyat naziri Gevork Papoyan hökumətin iyunun 18-də keçirilən iclası zamanı bildirib.
Həcmlərə görə coğrafiya aşağıdakı kimidir: Gürcüstan, Özbəkistan, BƏƏ, İran, Ukrayna, Bolqarıstan, Kipr, Latviya, Rumıniya, Çexiya, Avstriya, Niderland, Fransa, Belarus, Qazaxıstan.
Gevork Papoyanın sözlərinə görə, ərik ixracına da başlanılıb.
“162 ton ərik ixrac etmişik. Dünən ilk ixraclar olub – Ukraynaya, Gürcüstana” – deyə İqtisadiyyat naziri məlumat verib.







