
Ermənistanın beynəlxalq ehtiyatları rekord yüksək səviyyəyə çatıb.Alınan xəbərə görə, bu barədə Parlamentdə Mərkəzi Bank sədrinin müavini Armen Nurbekyan bildirib.
“Bu il biz ehtiyatların rekord yüksək səviyyəsinə malikik. Artıq təxminən 5,7 milyarddan çoxdur” – deyə Mərkəzi Bank sədrinin müavini qeyd edib.
Onun sözlərinə görə, yalnız bu il ərzində Mərkəzi Bank təxminən 1,1 milyard dollar dəyərində xarici valyuta alıb.
“Yalnız bu il artıq təxminən 1,1 milyard dollar həcmində xarici valyuta ehtiyatı almışıq” – deyə Nurbekyan vurğulayıb.







