Başlıcaİctimaiyyət

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi “Hraparak” qəzetinin yaydığı məlumatı qəti şəkildə təkzib edib

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi “Hraparak” qəzetinin Ermənistan kənd təsərrüfatı məhsullarının, xüsusən də çiyələklərin Türkiyə adı altında Gürcüstan ərazisindən Rusiyaya tədarük edildiyi barədə yaydığı məlumatı təkzib edib.

Bəyanatda deyilir: “Nazirlik Ermənistan qəzetinin Ermənistan məhsullarının mənşəyini dəyişdirmək və onları təkrar ixrac etmək məqsədilə başqa bir qonşu ölkənin adı altında Rusiya Federasiyası ərazisinə malların idxalı barədə yaydığı məlumatı qəti şəkildə təkzib edib. Bu cür məlumatlar spekulyativ xarakter daşıyır, reallığa uyğun gəlmir və iki ölkə arasında iqtisadi münasibətlərə zərər verə bilər”.

Nazirlik həmçinin Gürcüstanın qonşu ölkədə baş verən bu cür kobud siyasi mübarizə formalarına cəlb olunmasından narahatlığını bildirib.

Daha çox göstər
Back to top button