Başlıcaİctimaiyyət
Telecom Armenia və Azertelecom internet trafikinin tranziti ilə bağlı müqavilə imzalayıblar

Telecom Armenia və Azertelecom iki ölkənin əraziləri vasitəsilə kommersiya əsasında tranzit internetin ötürülməsini və təchizatını nəzərdə tutan ikitərəfli müqavilə imzalayıblar.
Müqavilə çərçivəsində regionda aparıcı tranzit operatoru olan Telecom Armenia beynəlxalq internet trafikinin təchizatı üçün ölkələrin sayını və coğrafiyasını genişləndirir və öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit təmin edir.
Müqavilə regionda kanalların şaxələndirilməsinə, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və telekommunikasiya sektorunda əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyi hədəfləyir.






