
Ermənistan-Avropa Birliyi münasibətləri və tərəfdaşlığı birgə tarixlərinin yeni və dinamik mərhələsinə qədəm qoyur.
Son dövrlərdə bu münasibətlər siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa və təhlükəsizliklə bağlı təşəbbüslərə qədər görünməmiş bir inkişaf sürəti ilə seçilir.
Bu prosesdə, şübhəsiz ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana son səfəri xüsusi əhəmiyyət kəsb etdi. Bu səfər zamanı yeni iqtisadi təşəbbüslər elan olundu, həmçinin Ermənistan-Avropa Birliyi əməkdaşlığının genişləndirilməsinə dair siyasi öhdəlik və hazırlıq yenidən təsdiqləndi.
Yerevan ilə Brüssel arasında münasibətlərin dərinləşməsinin əsasında hansı geosiyasi hesablamalar dayanır, Avropa Birliyi Ermənistanın strateji tərəfdaşına çevrilə bilərmi, avropa istiqamətinin aktivləşməsi Cənubi Qafqazdakı güc balansına necə təsir göstərə bilər və AB-nin təklif etdiyi iqtisadi paketlər Ermənistan iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmağa qadirdirmi?
Bu və digər suallar ətrafında jurnalist ilə söhbətində Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, beynəlxalq münasibətlər üzrə ekspert Peter Kranits öz qiymətləndirmələrini bölüşüb.
SUAL: – Cənab Kranits, sizin fikrinizcə, Ermənistan-AB münasibətlərinin hazırkı görünməmiş aktivləşməsi və əməkdaşlığın dərinləşməsi nə ilə bağlıdır, bu münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
CAVAB: – Avropanın özü transformasiya olunur. 2022-ci ildə Avropa Siyasi Birliyinin yaradılması, “Genişlənmiş Avropa” adlanan avropa geosiyasi məkanı üçün zəmin yaratmaq cəhdi idi.
Bu, ilkin olaraq Şərq Tərəfdaşlığı formatında nəzərdə tutulana bənzər bir layihədir – postsovet məkanına xüsusi diqqət yetirməklə Avropa qonşuluğunun avropalaşdırılmasıdır. Şərq Tərəfdaşlığı mikro səviyyədə fəaliyyətini davam etdirsə də, onun makro səviyyəli ambisiyaları böyük ölçüdə başa çatıb
SUAL: – Belarus Avropadan təcrid olunub, Azərbaycan AB ilə siyasi koordinasiyadan uzaqlaşır, Ukrayna və Moldova üzvlüyə can atır, AB-Gürcüstan münasibətləri isə dalana dirənib.
CAVAB: AB indi Rusiya və Belarusu istisna edən daha möhkəm və sıx birləşmiş siyasi məkan yaratmağa çalışır ki, burada da Ermənistan bu layihənin mərkəzi sütununa çevrilir.
Avropada Ermənistan getdikcə daha çox Rusiya ilə Qərb arasında tərəddüd edən bir dövlət kimi görünür, burada hər bir ticarət sazişi və hər bir investisiya daha geniş geosiyasi rəqabətdə kiçik bir Avropa qələbəsi kimi qiymətləndirilə bilər.
Lakin ermənilər üçün Avropa ilə əməkdaşlıq sivilizasiya seçimi kimi nəzərdən keçirilməməlidir, eləcə də Ermənistan-AB münasibətləri siyasi razılaşma və ya ittifaq kimi qəbul edilməməlidir.
Ermənistan – dünyanın ilk xristian dövləti olaraq – həmişə Avropa mədəni dünyasının bir hissəsi olaraq qalsa da, coğrafiya və geosiyasət rəmzlərlə tənzimlənmir.
Yumşaq güc heç vaxt sərt gücü üstələyə bilməz və Avropa Birliyi iqtisadi, energetik və ya hərbi cəhətdən Ermənistana əhəmiyyətli təhlükəsizlik zəmanətləri verə biləcək mövqedə deyil.
Əksinə, Ermənistan-AB münasibətləri qeyri-sabit təhlükəsizlik mühitində diversifikasiya və strateji sığortalama alətidir. Nəticə etibarilə Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiya Ermənistanın qonşuları və onun ən vacib iqtisadi və siyasi tərəfdaşları olaraq qalacaqlar. Buna görə də, Ermənistan-AB münasibətlərinə bu reallığı nəzərə alaraq yanaşmaq lazımdır.
SUAL: – Avropa Komissiyasının sədri iyulun 2-də Azərbaycana və Ermənistana səfər etdi. Ursula fon der Lyayenin səfəri nə dərəcədə rəmzi, nə dərəcədə praktiki əhəmiyyət kəsb edir, bu səfər ikitərəfli münasibətlərə nə verə bilər?
CAVAB: – Ursula Fon der Lyayenin Ermənistana və Azərbaycana səfəri bir neçə səviyyədə rəmzi xarakter daşıyırdı.
Bu, regional sülh və inkişaf üçün mühüm əhəmiyyət kəsb edən bir məqamda – Ermənistanın tarixi parlament seçkilərindən sonra və Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi ola biləcək bir vaxtda baş tutdu. Səfərin məqsədi Avropa Birliyinin Cənubi Qafqazda əvəzolunmaz amil kimi rolunu yenidən təsdiqləmək və regionun ehtimal olunan geosiyasi masasında öz yerini təsdiq etmək idi.
Səfər həm də AB-nin institusional memarlığı daxilində dəyişən güc balansı haqqında vacib bir mesaj ötürürdü. Fon der Lyayen İrəvana genişlənmə üzrə komissar Marta Kos ilə getmişdi, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Avropa Birliyi Şurasının sədri Antoniu Koşta isə Brüsseldə qalmışdılar.
Zamanlama xüsusilə diqqətəlayiq idi, çünki bu, AB diplomatik xidmətinin mümkün yenidən nəzərdən keçirilməsi barədə xəbərlərin yayılmasından cəmi bir neçə gün sonra baş verdi ki, bu da ali nümayəndənin xarici siyasət öhdəliklərini azalda və komissiya sədrinin rolunu daha da gücləndirə bilərdi.
Praktiki baxımdan isə səfər, onun rəmzi xüsusiyyətinin vəd etdiyindən əhəmiyyətli dərəcədə az nəticə verdi. Təklif olunan avtonom ticarət tədbirlərinin Ermənistandan AB-nə ixracın təxminən 80%-ni liberallaşdıracağı gözlənilir, lakin onlar erməni ixracatçılarının qarşılaşdığı ən mühüm maneələri, o cümlədən yüksək nəqliyyat xərclərini, məhdud logistik əlaqələri, tənzimləyici orqanların tələblərinə uyğunluğu və inzibati yükü həll etmək üçün çox az şey edir.
Bundan əlavə, paket qüvvəyə minməzdən əvvəl hələ də Aİ-nin uzunmüddətli qanunvericilik və inzibati təsdiq prosesindən keçməlidir.
Bu, AB-Ermənistan ticarət münasibətlərinin yaxınlaşmasına doğru təvazökar bir addım olsa da, qısa və ortamüddətli perspektivdə Ermənistanın mövcud ixrac bazarlarını real olaraq əvəz edə bilməz.
Eyni şəkildə, mina təmizləmə, səhiyyə və yerli biznesin dəstəklənməsi üçün nəzərdə tutulmuş elan olunmuş 20 milyon avroluq “Sülh Dividendi” paketi təxminən 8.3 milyard drama bərabərdir.
Ciddi maliyyə ehtiyacları olan üç sahəyə bölünmüş bu paketin, yəqin ki, fraqmentləşdirilmiş praktiki təsirdən başqa bir faydası olmayacaq.
SUAL: – Sizin fikrinizcə, Ermənistanın avropa istiqamətinin aktivləşməsi Cənubi Qafqazda güc balansını necə dəyişə bilər?
CAVAB: – Bu növ görüşlər Ermənistan üçün mühüm strateji dəyərə malikdir. Onlar İrəvanın artan beynəlxalq əhəmiyyətini vurğulayır, onun xarici tərəfdaşlıqlarının diversifikasiyasını önə çıxarır və Ermənistanın daxili və ya xarici siyasətinə təsir göstərməyə çalışan xarici aktorlar üçün siyasi xərcləri artırır.
Eyni zamanda, bu səfər Avropa İBirliyinin öz strateji məqsədlərinə xidmət edir və göstərir ki, o, öz qonşuluğunda, xüsusən də Avropanın enerji təhlükəsizliyi və kommunikasiyası üçün getdikcə daha vacib olan bir regionda siyasi cəhətdən əhəmiyyətli bir amil olaraq qalır.
Ermənistan öz siyasi və iqtisadi tərəfdaşlarını seçməkdə suverəndir, lakin suverenliyin özü hər bir strateji seçimin mütləq faydalı olacağına zəmanət vermir.
Digər regional güclər də öz milli mənafelərini güdürlər. Ermənistanın əsas enerji tədarükçüləri və onun iki ən mühüm iqtisadi tərəfdaşı olan Rusiya və İran İrəvanın Avropa Birliyi ilə sürətlənən yaxınlaşmasından açıq şəkildə narahatlıqlarını ifadə ediblər.
AB-Ermənistan əməkdaşlığı hazırkı parametrləri daxilində qaldığı müddətcə, İrəvan, yəqin ki, Brüssel ilə öz ənənəvi tərəfdaşları arasındakı münasibətləri balanslaşdırmaq bacarığını qoruyub saxlayacaq.
Lakin daha dərin strateji yenidən qurulma Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalan Rusiya ilə gərginliyi kəskinləşdirə bilər, eyni zamanda həm mühüm tranzit yolu, həm də əvəzolunmaz enerji daşıyıcıları tədarükçüsü olan İran ilə münasibətləri daha da mürəkkəbləşdirə bilər; özü də dağıdıcı müharibədən sonrakı bu mühüm geosiyasi məqamda.
Bu rəqabətli münasibətlərin idarə olunması müstəsna dərəcədə ehtiyatlı diplomatiya tələb edəcək.
Ermənistan rəqib geosiyasi mərkəzləri balanslaşdırmaq bacarığını çoxdan nümayiş etdirib, lakin böyük dövlətlərin rəqabəti kəskinləşdikcə bu balansı qorumaq getdikcə daha da çətinləşəcək.
Bu kontekstdə Ermənistan hökuməti, siyasi təsiri, biznes şəbəkələri və müdafiə imkanları rəsmi diplomatiyanı tamamlaya biləcək və xaricdə Ermənistanın xarici siyasət məqsədlərini irəli aparmağa kömək edə biləcək erməni diasporu ilə daha sıx əməkdaşlıqdan da yararlana bilər.
SUAL: – AB tərəfindən elan edilmiş iqtisadi dəstək paketləri və ticarət güzəştləri Ermənistanın iqtisadi imkanlarını nə dərəcədə dəyişə bilər?
CAVAB:– Avropa bazarları əhəmiyyətli dərəcədə daha yüksək qiymət səviyyələri təklif edir ki, bu da erməni ixracatçıları üçün cəlbedici imkanlar yarada bilər. Bununla belə, yüksək nəqliyyat xərcləri, məhdud logistik əlaqələr və ciddi inzibati yük qaldığı müddətcə, AB-nin Ermənistanın ənənəvi ixrac malları, xüsusən də metallar və alkoqollu içkilər üçün Avrasiya bazarlarına vizual bir alternativə çevrilməsi az ehtimal olunur.
Əvəzində, Ermənistanın Avropa bazarındakı müqayisəli üstünlüyü coğrafiyanın daha az həlledici rol oynadığı sahələrdədir.
Buna görə də, ölkə yüksək dəyərə malik xidmətlərin və bilikmtutumlu sənaye sahələrinin ixracının genişləndirilməsinə üstünlük verməlidir, bura informasiya texnologiyaları, süni intellekt, biznes proseslərinin autsorsinqi və birgə xidmət mərkəzləri daxildir.
Ermənistanın yaxşı təhsil almış işçi qüvvəsi, güclü STEM (elm və texnologiya) ənənəsi, çoxdilli istedadlar bazası və nisbətən rəqabətədavamlı işçi qüvvəsi xərcləri Avropa xidmət sənayesi və rəqəmsal innovasiyaların regional mərkəzinə çevrilmək üçün möhkəm zəmin yaradır.
Mənbə factor.am.







