BaşlıcaSiyasət

Ermənistan MICE Excellence 2026 mükafatçısı olub

Ermənistan “İşgüzar və korporativ tədbirlərin keçirilməsi üçün ən yaxşı xarici istiqamət” nominasiyasında “MICE Excellence 2026” mükafatının qalibi olub.

Alınan  məlumata görə, bu barədə Ermənistan Respublikasının Turizm Komitəsindən bildiriblər.

“MICE Excellence 2026 mükafatlandırma mərasimi çərçivəsində Ermənistan Respublikası İqtisadiyyat nazirliyinin Turizm Komitəsi Ermənistanı ‘İşgüzar və korporativ tədbirlərin keçirilməsi üçün ən yaxşı xarici istiqamət’ nominasiyasında irəli sürmüşdü.

Mükafatlandırmanın nəticələrinə görə Ermənistan qalib elan edilib və işgüzar və korporativ turizmin cəlbedici istiqaməti kimi öz artan nüfuzunu və potensialını növbəti dəfə təsdiqləyib.

Bu mühüm nailiyyət Ermənistanın MICE sahəsində beynəlxalq tanınmasının artmasına töhfə verir, ölkənin beynəlxalq bazardakı mövqelərini möhkəmləndirir və Ermənistanın beynəlxalq konfranslar, sərgilər və korporativ tədbirlərin keçirilməsi üçün rəqabətədavamlı bir məkan olaraq seçilməsini stimullaşdırır”,

– deyə Komitənin yaydığı məlumatda qeyd olunub.

Daha çox göstər
Back to top button