
14 iyulda Respublika Prezidenti Vahaqn Xaçaturyan Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə təkbətək görüş keçirib. Bu barədə ER Prezident Administrasiyası məlumat verib.
Respublika Prezidenti Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Əl-Taninin vəfatı ilə əlaqədar Əl-Taninin ailəsinə və Qətər xalqına dərin hüznlə başsağlığı verib, onlara böyük itki zamanı dözümlülük və güc arzulayıb.
Görüş zamanı Prezident Şeyx Həməd Əl-Taninin bacarıqlı rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Qətər Dövlətinin sürətli inkişaf etdiyini qeyd edib. Prezident Xaçaturyan Şeyx Həməd bin Xəlifə Əl-Taninin Ermənistan-Qətər münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq və regional inkişaf gündəliyindəki məsələlər müzakirə olunub.







