Başlıcaİctimaiyyət

Vindzorlar ailəsinin ilk erməni qadını. Samuel Çatto və Eleonor Eksercyan nişanlanıblar

Şahzadə Marqaretin nəvəsi Sem Çatto sevgilisinə, britaniyalı-erməni rəssam Eleonor Eksercyana evlilik təklifi edib. Alınan xəbərə görə, bəy xoş xəbəri İnstaqram səhifəsində yayıb.

“Mən həqiqətən məmnuniyyətlə bildirirəm ki, Elli və mən nişanlanmışıq. Və daha xoşbəxt ola bilməzdik. Evlilik təklifini öz hazırladığım çini üzüklə etdim” –  deyərək  Sem Çatto yazıb.

. Cütlük 2021-ci ildən görüşür. Onların hər ikisi Edinburq Universitetinin məzunlarıdır.

2022-ci ildə cütlük Ermənistana səfər etmişdi. Dulusçu-rəssam olan Sem Çatto Eleonor Eksercyanla birlikdə özlərinin “Xəyali mənzərələr” (Imagined Landscapes) layihəsi çərçivəsində təxminən bir ay ərzində Ermənistan ərazisini gəzib.

Erməni tarixi-mədəni irsi və nadir memarlıq abidələri ilə tanış olublar. Sem və Eleonor təxminən bir ay davam edən işləri sərgi ilə yekunlaşdırıblar.

 Eleonor Eksercəyan görkəmli sənətkarlar ailəsində anadan olub. O, məşhur incəsənət tarixçisi, professor David Eksercəyanın qızıdır.

David Eksercəyan Lester Universitetinin incəsənət və kino tarixi üzrə fəxri professorudur. Eleonorun babası polkovnik Nubar Martin Eksercyan olub, onun ailəsi Osmanlı imperiyasının nüfuzlu varlı ermənilər sinfinə mənsub idi.

Polkovnik Eksercyan Qalust Gülbenkyan tərəfindən təsis edilən İraq Neft Şirkətinin icraçı direktoru olub. Eleonorun anası Syuzan Murndur ki, o, Financial Times-ın incəsənət tənqidçisidir.

Daha çox göstər
Back to top button