
Cinayətkarlıq və Ədalət Siyasəti Tədqiqatları İnstitutu (Institute for Crime & Justice Policy Research) dünya ölkələrinin məhbus sayına görə reytinq cədvəlini tərtib edib.
Ermənistan siyahıda 167-ci yeri tutur (hər 100 min əhaliyə 83 məhbus), Gürcüstan 41-ci yeri (285 məhbus), Azərbaycan 50-ci yeri (264 mıəhbus), Rusiya 35-ci yeri (300 məhbus), Türkiyə 10-cu yeri (468 məhbus).
Ən pis vəziyyət Salvadordadır (hər 100 min əhaliyə 1659 məhbus).
Dünya ölkələrində məhbus sayının göstəricisi hər 100 min əhaliyə düşən azadlıqdan məhrum edilmiş şəxslərin sayı kimi hesablanır.
Bu göstərici müəyyən bir dövlətdə sosial rifahın ümumi səviyyəsinin və ictimai təhlükəsizliyin, həmçinin cinayət ədaləti sahəsində dövlət siyasətinin qiymətləndirilməsində əsas göstəricilərdən biridir.







