BaşlıcaSiyasət

Zaxarova:  “RF Yerevan  və Bakının “3+3” formatında növbəti görüşlərin ardıcıllığını razılaşdırmasını gözləyir”

Rusiya Bakı və İYerevanın Cənubi Qafqazda əməkdaşlıq üzrə regional “3+3” platformasının iştirakçısı olan ölkələrin Xarici işlər nazirlərinin növbəti görüşlərinin keçirilmə ardıcıllığını razılaşdırmasını gözləyir.

 Verilən məlumata görə, bu barədə Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

O, müvafiq razılaşmanın 2024-cü ilin oktyabrında İstanbulda keçirilən görüşün nəticələrinə əsasən əldə edildiyini xatırladıb.

“2026-cı il iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutan “3+3” platformasının ilk ekspert iclasında iştirakçılar prosesin siyasiləşdirilməsindən qaçaraq, konkret qarşılıqlı faydalı iqtisadi layihələrə diqqət yetirməyin zəruri olması mövqeyindən çıxış ediblər.

 Biz bu yanaşmanı tamamilə bölüşürük»,- deyə Zaxarova bildirib.

Xatırladaq ki, platformanın əvvəlki üç görüşü ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib. “3+3” formatı Cənubi Qafqazın üç ölkəsini (Ermənistan, Gürcüstan, Azərbaycan) və üç böyük regional gücü (İran, Rusiya və Türkiyə) birləşdirən platforma kimi yaradılıb.

Gürcüstan platforma çərçivəsində keçirilən görüşlərin heç birində iştirak etməyib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button