
Bu ilin yanvar-iyun ayları arasında Azərbaycan Ermənistana 17 milyon 128.640 min dollar dəyərində mal ixrac edib. Bu barədə Azərbaycan mediası Dövlət Gömrük Komitəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu rəqəm Azərbaycanın ümumi ixracının 0,10%-ni təşkil edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661,35 milyon dollar təşkil edib.







