Rusiyaya gələn immiqrantlardan telefon almaları tələb olunacaq

Rusiyaya gələn immiqrantdan mobil telefon almaları tələb olunacaq. Bu barədə RBC-nin məlumatına görə, Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin iclasında Rusiya Federasiyası daxili işlər nazirinin müavini, dövlət katibi İqor Zubov bildirib.
“Hər kəs gələcəkdə nələrin baş verəcəyi, hara getdiyimizlə maraqlanır. Qeydiyyatdan keçən və buraya gələn, xüsusən də iş üçün və ya uzun müddətə gələn hər bir immiqrantdan telefon almaları tələb olunacaq. Bu telefonda onun elektron profili olacaq. Və biz hər bir immiqrantın yerini biləcəyik. O, nəzarətsiz bir yerdən digərinə keçə, yerini dəyişə bilməyəcək. Bu, əsas olacaq”, – deyə Zubov izah edib.
Eyni zamanda, telefonun olması immiqrantı əvvəlcədən, məsələn, sənədlərin etibarlılıq müddətinin bitməsi və ya müəyyən bir yerə gəlmək zərurəti barədə xəbərdar etməyə imkan verəcək.







