BaşlıcaEkonomika

Gürcüstandan Azərbaycana və Rusiya Federasiyasından Gürcüstana pul köçürmələrinin həcmi kəskin artıb

2026-cı ilin birinci yarısında Gürcüstana edilən pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 1,9 milyard dollar təşkil edib.

Bu barədə “Novosti Qruziya” informasiya agentliyi məlumat yayır.

İyun ayı köçürmələrinin strukturunda lider 66,2 milyon dollarla (ümumi həcmin 19,01%-i) Amerika Birləşmiş Ştatlarıdır. Bu, 2025-ci ilin iyun ayı göstəricisindən 12,68% çoxdur.

İkinci yerdə 54,18 milyon dollarla (+4,92%) İtaliya qərarlaşıb, ilk üçlüyü isə köçürmələri 25,12% artaraq 51,42 milyon dollara (ümuminin 14,76%-i) çatan Rusiya tamamlayır.

İlk onluqda həmçinin Almaniya (30,36 milyon dollar), İsrail (29,40 milyon dollar) və Yunanıstan (27,52 milyon dollar) yer alıb.

Eyni zamanda, Gürcüstan Milli Bankı ölkədən xaricə edilən pul köçürmələrinin kəskin aktivləşdiyini qeydə alır.

 2026-cı ilin yanvar-iyun aylarında Gürcüstandan xaricə 212,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin birinci yarısının göstəricisini 111,7% üstələyir.

Yarımilliyin nəticələrinə görə, Gürcüstandan pul axınının əsas istiqaməti olaraq Azərbaycan qalmaqdadır, bura 36,5 milyon dollar köçürülüb (artım 75,3%).

Pulların köçürüldüyü əsas ölkələrin ilk üçlüyünə həmçinin Türkiyə (33,8 milyon dollar) və Rusiya (26,1 milyon dollar) daxil olub.

Daha çox göstər
Back to top button