BaşlıcaSiyasət

İlham Əliyev Azərbaycandan neft məhsullarının tədarükünün Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Ermənistana neft və neft məhsullarının tədarükünün Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirib.

APA agentliyinin yaydığı məlumata görə, Azərbaycan prezidenti bunu Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib. İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən digər ölkələrdən Ermənistana tranzit yük daşınması da geniş miqyas alıb.

“Biz tarixi bir dövrdə yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif edib və müsbət cavab alıb. Biz Almaniya hökumətinin bu istiqamətdəki rolunu yüksək qiymətləndiririk”, – deyə İlham Əliyev bildirib.

Ermənistan 2025-ci ilin dekabr ayından etibarən Azərbaycandan neft məhsulları idxal etməyə başlayıb. Azərbaycan tərəfinin verdiyi məlumata görə, bu dövrdə Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı və təxminən 5 min tondan çox Aİ-92 və Aİ-95 benzini idxal edilib.

Daha çox göstər
Back to top button