BaşlıcaBeynəlxalq
Putin və Ruhani Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər

Mart ayının sonunda İran İslam Respublikasının prezidenti Hasan Ruhaninin Moskvaya səfəri ərzində Suriya böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə ediləcək.
Bu haqda “Ria-Novosti”-yə müsahibəsində İranda Rusiya səfiri Levon Cağaryan bildirdi.
“Ruhaninin səfəri mart ayının son günlərində baş tutacaq. Danışıqlar zamanı Rusiya rəhbərliyiylə siyasi və ticari-iqtisadi sahədə ikitərəfli əlaqələrlə bağlı əsas məsələlər müzakirə ediləcək.
Bundan başqa regiondakı aktual məsələlər, eləcə də Əfqanıstandakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və Xəzər məsələsi də daxil olunmaqla müzakirə ediləcəkdir”- deyərək səfir qeyd etdi.







