Rumıniyada Sumgayıt qırğınlarına həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Buxarestdə surb Mikayel və Gabriel kilsəsində Sumgayıt qırğınlarının 29-cu ildönümü tərdbirlərinin çərçivəsində Sumgayıt qırğınları qurbanlarının xatirəsinə həsr olunmuş ibadət keçirilib.
Ruh uyuşu ibadətindən sonra Rumıniyanın Ermənilər Birliyinin və Ermənistan səfirliyinin adından Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olnumuş Xaçkarda gül əklili qoyulub.
İcma toplanması zamanı Ermənistan Respublikasının səfriliyin elçisi Aşot Grigoryan 1988-ci Moskvada Sumgayıt cinayətkarlarının məhkəmə prosesi ilə bağlı detalları təqdim etdi. Məhkəmə prosesində o, şəxsan iştirak etdi.
Eyni gündə Rumıniyadakı bütün erməni kilsələrində Sumgayıt qurbanlarının xatirəsinə həsr olunmuş ibadət keçirilib.
Qeyd edək ki, son günlərdə Rumıniyanın erməni “Ararat” jurnalının internet saytında Sumgayıtda törədilən erməni qırğınları ilə bağlı bir sıra məqələlər dərc edilib.







