İctimaiyyət
Böhran Avropa Məhkəməsinin qərarlarını da vurdu: Azərbaycan hökumət kompensasiyaları tam vermədi

Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təyin olunmuş kompensasiya aprelin 26-da bəzi ərizəçilərə ödənilib.
Cebhe.info-nun məlumatına görə, bunu vəkil Əsabəli Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti kompensasiyaların bir hissəsini artıq bank hesablarına köçürüb:
“Kompensasiyanın tam məbləği deyil, kiçik bir hissəsini köçürülüb. Kasıbçılığın üzü qara olsun”. Vəkil müdafiə etdiyim şəxslərə səslənərək bildirib ki, bankla əlaqə saxlasınlar və köçürülmüş məbləğ barədə məlumat versinlər: “Bu məlumat Avropa Şurasının Nazirlər Komitəsinə göndərmək, kompensasiyanın qalan hissəsinin ödənilməsi üçün fəaliyyətimizi davam etdirmək və faiz hesablanmasını nəzarətdə saxlamaq üçün vacibdir”.







