
ER xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 11-də ABŞ-ın xarici ticarət məsələləri üzrə yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini Ticarət Siyasəti və İqtisadiyyat məsələləri üzrə Ticarət Komissarının müavini Ed Gresser başçılıq edir.
Bu barədə ER XİN mətbuat, informasiya və ictimaiyyətlə əllaqələr şöbəsindən məlumat veriblər.
Nazir Nalbandyan məmnuniyyətlə qeyd edib ki, son iki ay ərzində bu, ABŞ xarici ticarət məsələləri üzrə nümayəndə heyətinin Ermənistana ikinci səfəridir və bu cür səfərlər Ermənistan-Amerika ticari-iqtisadi əlaqələri daha da derinləşdirəcək.
Edvard Nalbandyan və Ed Gresser ikitərəfli ticari məsələlər, GSP güzəştli ticarət rejimi ilə Ermənistana verilən imkanlar və bunlardan istifadə etmə şəraitləri çərçivəsində fikir mübadiləsi aparıblar.
Görüş zamanı ticarət və investisiyaların Ermənistan-Amerika şurasının ikinci iclasının hazırlıq işlərinə dair məsələlər, ikitərəfli ticari həcmlərini genişləndirməsinin mümkün istiqamətləri müzakirə edilib. Bu konteksdə Xİ naziri Nalbandyan məmnuniyyətlə qeyd edib ki, informasiya texnologiyaları sahəsində Ermənistan-Amerika əməkaşlığı ikitərəfli ticari dövriyəsində böyük yer alır.
Həmsöhbətçilər infrastruktur və enerji sahələrində ikitərəfli əməkdaşlığı ilə bağı məsələlərə toxunaraq hüquqi müqavilə çərçivənin genişləndirilməsinin vacibliyini qeyd ediblər.







