İctimaiyyət

X. İsmayılova: “ Azərbaycan prezidenti və ailəsi ölkəni ailə biznesi kimi idarə edir”

Azərbaycandan olan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova  “Dürüst Həyat Mükafatı“na layiq görülü. Mükafat jurnalistə “cəsarət və sədaqətinə, yüksək çinli məmurların korrupsiyasını aşkara çıxaran yazılarına görə verilir”- deyə  «Deutsche Welle» yazıb.

Jurnalistin sözlərinə görə,onun araşdırmaları göstərib ki, prezident və ailəsi ölkənin iqtisadiyyatının monopolizasiyası sayəsində iqtisadiyyat ilə bağlı qaydaları pozurlar və  Azərbaycanda korrupsiyanın əsas benefisiarları olurlar.

“Onlar Azərbaycanı ailə biznes kimi idarə edirlər”- deyə Xədicə İsmayılova qeyd etdi.

Jurnalist hesab edir ki, onun məhz onun  araşdırlmalarının sayəsində prezidentin ölkədəki bütün probləmlər barədə heç bir şey bimədiyi əfsənəyə  son qoyulub.

Daha çox göstər
Back to top button