
Ermənistan 100 milyon ABŞ dollarlıq hərbi kreditlə Rusiyadan “strateji dayandırıcı” silahlar alacaq. Bu haqda ER Müdafiə naziri “R-Evolyuciya” proqramına müsahibədə bildirib.
Qeyd edək ki, hələ oktyabrda məlkum olub ki, Ermənistan Rusiyadan hərbi avadanlıq əldə etmək üçün 100 milyon dollarlıq kredit alıb. ER Prezidenti bildirib ki, Yerevanda artıq yeni bir kredit razılaşması imzalandı və razılaşma ratifikasiya prosesindədir.
Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 20 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.







