S.Sarkisyan:“Ermənistan Şərq Tərəfdaşlığı deklarasiyasının qəbuluna mane olmağa hazırlaşmır”

Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlığının 5-ci zirvəsi deklarasiyasının qəbuluna mane olmağa hazırlaşmır. Bu haqda Brüsseldə ER Prezidenti Serj Sarkisyan jurnalistlərdən birinin,” Şərq Tərəfdaşlığı deklarasiyasının qəbuluna mane olmağa hazırlaşırmı?” sualına cavab olaraq deyib ki, “Xeyr nə üçün mane olaq.Məncə o qarşılıqlı güzəşt variantıyla keçəcək”-deyərək ER Prezidenti qeyd edib.“Azərbaycan kifayət qədər sərt şərtlər irəli sürür”-sualına ER Prezidenti cavab verib ki, “Azərbaycan çox olaylar irəli sürə bilər, lakin onu kim qəbul edəcək?.Mən düşünmürəm ki, Şərq Tərəfdaşlığı zirvəsi o platformdur ki, orada gərək Azərbaycanla bizim münasibətlərimiz müzakirə olunsun”. Serj Sarkisyan əlavə edib ki, DQ münaqişəsinin nizamlanmasıyla ATƏT MQ həmsədrliyi məşğul olur.Avropa Birliyi isə həmin məsələdə Tamamiylə Minsk qrupunu dəstəkləyir.
ER Prezidentinin sözlərincə erməni tərəfini bu bütünlüklə qane edir.







