
Dağlıq Qarabağ münaqişəsinin son həlli tərəflərin siyasi iradəsindən asıllıdır.
Bu barədə avqustun 16-da “RİA Novsoti” xəbər agentliyinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.
Onun sözlərinə görə, daha əvvəl Vyana və Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezientləri Serj Sarkisyan və İlham Əliyev arasında keçirilən görüşlər “ münaqişənin geniş nizamlanmasının danışıqlar prosesinə yeni impuls verib”.
“Mühüm olan odur ki, prezidentlər təmas xəttində nisbi sakitçilik qorumaqla münaqişənin sülh yolu ilə nizmlanmasında öz öhdəliyini yenə təstiq ediblər.”,-deyə Uorlik vurğuladı.
“Biz nikbinliklə yanaşırıq, ki bu il həmsədrlər, yüksək çinli rəsmilərin dəstəyilə münaqişənin nizmlanmasında irəliləyiş təmin etmək üçün işləri davam etdirəcəklər. Münaqişənin dinc və son həlli tərəflərin siyasi ieadəsindən asıllıdır”,-deyə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri əlavə edib.







