Hərbi hissə komandiri: “Tavuş mövqeləri tamamilə texniki avadanlıqlarla təchiz edilmişdir”

Jurnalistlər üçün Ermənistan Müdafiə Nazirliyinin təşkil etdiyi iki günlük kurslar çərçivəsində jurnalistlər Tavuş rayonuna gedərək hərbi hissəyə və on cəbhə mövqelərinə səfər ediblər.
Polkovnik Soğomon Xaçatryan ilə müsahibədə düşmənin davranışı, erməni mövqelərinin təchizatı və texniki təminatı ilə bağlı məsələlər müzakirə olunub. Aprel döyüşlərindan sonra Artsax Müdafiə Ordusunda həyata keçirilmiş əhəmiyyətli mühəndislik işlərinə toxunulub. Tavuş rayonunda həyata keçirilmiş işlər ilə bağlı polkovnik Xaçatryan dedi: “Əvvəlcə qeyd etməliyəm ki ,aprel döyüşlərindan əvvəl də biz ön cəphəni, eyni zamanda vacib silah mətnəqələrini və atəş mövqelərini gücləndirirdik. Hazırda bütün mövqelərimiz döyüşa hazır vəziyyətindədir. Bizim üçün iri çaplı pulemyotlar kimi ən əhəmiyyətli silahlar həmişə öz atəş mövqelərindədir. Məsələn DŞK pulemyotunun şəxsi heyəti döyüş növbətçiliyə uyğun olaraq dəyişilir. Silahlar həmişə döyüş vəziyyətinə hazırdır. Bu çox vacib haldır. Biz, əlbəttə, deyə bilirik ki ,Tavuş rayonunda mövqelərimiz tamamilə texniki avadanlıqlarla təmin olunmuşdur.”







