Siyasət
RF 102-ci hərbi bazasının qumbaraatançıları təlimlər keçirirlər

Fevralın 6-da Gümrüdə yerləşdirilmiş Rusiya SQ Cənub Hərbi Okruqunun 102-ci hərbi bazasının qumbaraatançıları Ermənistanın “Alaqyaz” poliqonunda təlimlər keçirirlər. Bu haqda RF Müdafiə Nazirliyinin rəsmi saytı məlumat veirir.
Hərbi bazasının qumbaraatançıları RPQ-7V tipli tank əleyhinə əl qumbaraatanlarından atəş açma təlimlərini keçirirlər. Təlimlər zamanı hərbçilər xüsusi cihazlardan istifadə edirlər və təlimləri gündüz və gecə saatlarında keçirirlər. Qumbaraatançılar hədəf tanklarını 250-300 metrlik uzunluğundan məhv etməni öyrənirlər.
Bundan əlavə, Rusiya SQ Cənub Hərbi Okruqunun 102-ci hərbi bazası Ermənistanda Gümrüdə 1995 ildə Ermənistan-Rusiya dövlətlərarası sazişi ilə yerləşdirilmişdi.







