İctimaiyyət

ABŞ dövlət katibi: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”

ABŞ Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatı yerləşdirilib. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinə də toxunublar.

Trend Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda dövlət katibi Amerika xalqı adından 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırır.

ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardırlar, ölkələr “uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur”.

Amerika Birləşmiş Ştatlarının xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır.

Daha çox göstər
Back to top button