İctimaiyyət

Serj Sarkisyan İspaniya kralına başsağlığı verib

ER Prezidenti Serj Sarkisyan avqustun 18-də İspaniya kralı VI Felipeyə Barselona şəhərində törədilmiş terror olaylarına görə başsağlığı verib.

ER Prezidenti administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, başsağlığında deyilir:

“Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”.

Daha çox göstər
Back to top button