Birləşmiş Krallığı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə dəstək verir. Səfir

Birləşmiş Krallığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqları üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayır və dəstəkləyir. Qarabağ münaqişəsi çərçivəsində olan son hadisələr münaqişənin sülh yolu ilə nizamlanmasına yönələn diplomatik səylərə həsr edilmiş mətbuat konfrasında bu barədə Birləşmiş Krallığın Ermənistandakı səfiri Cudit Farnuort bildirib.
“Biz illər boyunca bir neçə layihələrə dəsətk verdik, ki müxtəlif qruplar görüşərək sülha gedən yollarını tapsınlar. Biz əhəmiyyətli olan bir digər istiqaməti Ermənistanda və Dağlıq Qarabağda sülhün hazırlanması ilə bağlı daxili müzakirələri diqqət mərkəzində saxlayırıq. Bu layihə daxili müzakirələrə cəlb olunacaq cəmiyyətin bütün təbəqələrinə toxunur. Münaqişədən əvvəl olan həyatın necə olduğunu bilməyən gənclərin cəlb olunması da çox önəmlidir. Onlara sülhün mümkün faydaları təqdim edilməli”,-deyə Cudit Farnuort əlavə edib ki, səfirlik Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə nizamlanmasına töhvə verən bütün təşəbbüslərə dəstək verir. Onun sözlərinə görə, beləliklə regionda təhlükəsizlik səviyyəsinin yüksəlməsinə töhvə veriləcək.







