
Artsax Respublikasının Prezidenti Bako Sahakyan oktyabrın 4-də həmin gün tanışlıq səfəriylə ATƏT MQ –nın amerikalı yeni təyin olunmuş həmsədri Endryu Şeferi qəbul edib.
Artsax Respublikası Prezidentinin başinformasiya idarəsindən verilən məlumata görə ölkənin rəhbəri həmsədri yeni vəzifəyə təyin olunması münasibətiylə təbrik etmiş və ona fəaliyyətində məhsuldar əmək arzulamışdır.
Görüşdə Azərbaycan-Qarabağ münaqişəsi, sərhəddə hökm sürən vəziyyət və regional proseslər ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Onlar Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinin vacibliyini və bu istiqamətdə ardıcıl iş həyata keçirilməsini vurğulayıb.







