Anatoli Sidorov: “Lazım olduğu zamanı KTMT-nin qoşunları Ermənsitanı dəstəkləyəcəklər”

Lazım olduğu zamanı KTMT-nin kollektiv qüvvələri üzv ölkələrinə, Ermənistan da daxil olmaqla kömək etməyə hazır olacaqlar.
Bu hadqa “Axtarış-2017” təlimləri çərçivəsində jurnalistlərə müsahibəsində KTMT-nin birləşmiş qərargahlarının rəisi general-polkovnik Anatoli Sidorov bildirdi.
“KTMT-nin nizamnamə və digər sənədlərə görə, KTMT-nin qoşunları üzv ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulmuşdur. Bu üzv dövlətinin xahişinə əsasən baş verir, qərar isə KTMT-nin Şurasının tərəfindən qəbul edilir.
Mən indi qırmızı xətt haqqında danışmayacağam, lakin söyləyə bilərəm ki, üzv ölkələrindən birinə ehtiyac olduğu zamanı, bugünkü təlimlərdə iştirak edənlərdən daha çox sayda kollektiv qüvvələr gəlmək və kömək etməyə hazırdırlar”- deyə Anatoli Sidorov qeyd etdi.







