Suriyada “ən-Nüsra Cəbhəsi” terrorçu qrupunun bir hissəsi olaraq azərbaycanlılar müharibədədirlər

Suriyada gedən hərbi əməliyyatlar zamanı ölmüş “ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının cihadçıları — Sabirabad rayonundan olan iki qardaşın arvad və uşaqları barədə hələlik heç nə məlum deyil.
Bu barədə Sputnik Azərbaycan-a Sabirabad rayon hüquq-mühafizə orqanları Rusiya KİV-də yayılmış “ən-Nüsra Cəbhəsi”nin bazasının və Suriyanın İdlib əyalətində 50 terrorçunun məhvi barədə yayılan xəbərləri şəhr edərkən bildiriblər.
Qeyd edək ki, oktyabrın 4-də Rusiya aviasiyası Suriyada “ən-Nüsra Cəbhəsi” qruplaşmasının komandanlığını məhv edib. Eyni zamanda terrorçuların Əbu Muhəmməd əl-Culyani kimi tanınan başçısı da yaralanıb. 12 səhra komandiri, eyni zamanda ən-Culyaninin şəxsi mühafizəsinin rəisi də məhv edilib. Daha əvvəl Rusiya hərbçiləri sözgedən qruplaşmanın 2 min silahlısının öldürüldüyünü xəbər vermişdi.
Bununla belə, “ən-Nüsra Cəbhəsi” o təşkilatlardandır ki, onun sıralarında Azərbaycan vətəndaşları kifayət qədər fəaldırlar.”Sputnik.az” saytına əsasən, “Ən-Nüsra Cəbhəsi”nin bir çox səhra komandirləri azərbaycanlılardır. Bu təşkilatın sıralarında konkret nə qədər Azərbaycan vətəndaşının olduğu dəqiq məlum deyil.
İdlib əyalətinin şimal-qərb hissəsində son zamanlara qədər “Ən-Nüsra Cəbhəsi” silahlı birləşməsinin 10 minə qədər üzvü vardı. Dünya KİV-lərinin məlumatlarına inansaq, bu təşkilatın üzvlərinin 75%-ə qədərini yerli suriyalı silahlılar, 30%-ni isə əcnəbilər təşkil edir ki, onların da arasında kifayət qədər qafqazlı var. Qafqazlıların sayına görə, “ən-Nüsra Cəbhəsi” Suriyada İŞİD-dən sonra ikinci yeri tutur. 2016-cı ilin iyulunda “ən-Nüsra Cəbhəsi” “Əl-Qaidə” terror təşkilatının təsir dairəsindən çıxıb. “Ən-Nüsra Cəbhəsi”nin döyüşçüləri təkcə Bəşər Əsəd ordusuna qarşı döyüşmürlər, həmçinin Suriya hökuməti yanındakı mühafizə qüvvələri ilə, eləcə də İŞİD və Livan islamçılarının “Hizbullah” hərəkatı dəstələrinin əleyhinə döyüşürlər.
Ötən il saxlanılmış Şirvan şəhər sakini Nofəl Bədirov hüquq-mühafizə orqanlarına “Ən-Nüsra Cəbhəsi”nin islamçılarının MDB ölkələri, eləcə də Azərbaycan vətəndaşlarını necə əməkdaşlığa cəlb etdiklərini, onların “beyinlərini yuduqlarını” anladıb. Bədirov dörd ay ərzində Suriyadakı hərbi əməliyyatlarda iştirak edəndən sonra 2014-cü ilin əvvəllərində — hələ respublikada ölkə sərhədlərindən kənarda silahlı birləşmələrin tərkibində iştirak edən vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul olunmamışdan qabaq Azərbaycana qayıdıb.
Həbs, arxiv şəkli
İki ildən sonra polisə Bədirovun öz evində qadağan olunmuş dini ədəbiyyat saxladığı barədə məlumat daxil olub. Sabirabad rayon Polis İdarəsinin əməkdaşları Bədirovun evində axtarış apararkən orada nəinki dini ədəbiyyat, eləcə də müvafiq məzmunda disklər də aşkarlayıb. İstintaq zamanı kişi müsəlman olduğunu etiraf etsə də, radikal cərəyanın nümayəndəsi olduğunu deməkdən boyun qaçırıb. Onun sözlərinə görə, o, Suriyada baş verənlərin cihad olmadığını başa düşəndən sonra oradan qaçıb.
“Orada tam bir qarışıqlıq var, muzdlu döyüşçülər istədiklərini edərlər. Məni aldatmışdılar, ona görə də ilk fürsətdə qaçdım” — deyə Bədirov bildirib.
Saxlanılan şəxs deyib ki, onu əməkdaşlığa cəlb edənlər ona müharibədə iştiraka görə böyük məbləğdə pul vəd etmişdilər. Amma əslində ona ayda cəmi 100 dollar ödəmişdilər.







