Siyasət

Vigen Sargsyan: “Ermənistan KTMT-da fəal iştirakını davam etdirəcək”

Ermənistan Respublikasının müdafiə naziri Vigen Sargsyan Ermənistanda KTMT ölkələri cəld reaksiya qüvvələrinin hərbi təlimlərinin nəticələini yüksək qimətləndirdi.

Təlimlərin nəticələri yekunlaşaraq, nazir KİV-lərə müsahibəsində bildirdi ki, “Qarşılıqlı təsir 2017” adlı təlimləri  iştirakçılar arasında əməkdaşlığın gücləndirilmısi baxımından çox vacibdir. Təlimlərdə KTMT-nın bütün üzv ölkələri, eləcə də Ermənistan Respublikasinin FHN-nin, Polis bölmələri, BQXK  nümayəndələri iştirak ediblər.

“Təlimlər əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyətli idi. Çox şadam ki, proqram çərçivəsində iştirakçılara Ermənistanın görməli yerləri ilə tanış olmağa  imkan verilib”- deyə nazir qeyd etdi.

Nazirin sözlərinə görə, Ermənistan KTMT çərçivəsində fəal əməkdaşlığı davam etdirəcək, bu isə təhlükəsizliyimizin ən vacib ünsürlərindən biridir. Biz əməkdaşlığın gücləndiriməsini  həmişə dəstəkləyirdik.

Nazir Vigen Sargsyan deyib ki, bu  yalnız bizim beynəlxalq öhdəliklərimizdən deyil, təhlükəsizlik maraqlarımızdan da ibarətdir.

Daha çox göstər
Back to top button