
Prezident Serj Sarkisyan rəsmi səfəri ilə Ermənistanda olan RF hökumətinin rəhbəri Dmitri Medvedyevi qəbul etdi. “Bu gün münasibətlərimiz daimi siyasi dialoqun bütün səviyyələrində geniş xarici siyasət koordinasiyasıyla, beynəlxalq və regional platformalarda yaxşı işlərlə, iqtisadiyyat, hərbi və hərbi-texniki sahələrində və xüsusilə də qarşılıqlı ticarət sahəsində məhsuldar əməkdaşlıqla fərqlənirlər. Keçən il 15% artım qeyd etdik, cari ilin 8 aylarında isə, ticarət dövriyyəsində 23%-dən çox artım olub. Bu çox yaxşıdır. Əminəm ki, Sizin rəsmi səfəriniz əlaqələrimizin gələcək güclənməsində önəmli bir addım olacaq!,-deyə Serj sarkisyan qeyd edib.
RF Hökumətinin rəhbəri Serj Sarkisyana qəbul üçün təşəkkür edərək Vladimir Putinin salamlarını çatdırdı. Dmitri Medvedyev Serj Sarkisyana deyib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artımı qeyd olunmuş rəqəmlərdən daha çoxdur.
“Bu çox mübət bir göstəricidir və mən bunu Sizinlə paylaşmaq istəyirəm. Biz həm əməkdaşıq, həm də dost. Bizim bütün sahələrimizdə inkişaf etmiş əlaqələrimiz var. Az əvvəl hökumətlərarası müzakirələr keçirdik və ciddi sənədlər imzaladıq. Qeyd etdik ki, əlaqələrimiz daha da inkişaf etmişdir. Əməkdaşlıq etmədiyimiz bir sahə yopxdur. Məsələn, kənd təsərrüfatı sahəsində yaxşı dinamika qeyd olunub. Ermənistan rus bazarında öz varlığını yaxşı inkişaf etdirdi. Digər sahələrdəki əməkdaşlığımız də yaxşı inkişaf edirlər. Məsələn,yüksək texnologiyalar, təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlıq, investisiya əməkdaşlığı və s. Az əvvəl İranla azad iqtisadi zonasındakı əməkdaşlığı və bir neçə digər layihələri müzakirə etdik. Birgə işləyib əməkdaşlığımızı inkişaf etdiririk”,-deyə Dmitri medvedyev qeyd edib.







