Siyasət

RF-dan Ermənistana silah təchizatı haqqında 100 milyon dollarlıq müqavilə 2018-ci ildək imzalana bilər

Ermənistanın Rusiyadakı səfiri Vardan Toğanyan ümid edib ki, Moskva ilə 100 milyon dollarlıq kredit müqaviləsi cari il sonunadək imzalana bilər.

“Hökumət müqaviləni təsdiq edib. Hələ ki, dəqiq bir tarix yoxdur, lakin ümid edirəm ki, yeni ilədək imzalanacaq”,-deyə Toğanyan qeyd edib.

Oktyabrın 12-də Ermənistan hökuməti Rusiya ilə imzalanacaq müqaviləni təqdiq edib. Müqaviləyə görə, Rusiya Ermənistana 100 milyon dollarlıq yeni silah krediti verəcək.

Erməni tərəfi kreditidən 2018-2022-ci illər ərzində istifadə edəcək.

Razılaşmaya uyğun olaraq, kredit Ermənistana 15 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Daha çox göstər
Back to top button