İctimaiyyət
Azərbaycanlılarla svanlar toqquşdu

Oktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub. Oktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub.
Belə ki, dava 2 azərbaycanlı və 10 svan arasında yaşanıb. Bundan bir neçə saat sonra gecə 200 svan küçəyə çıxaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan Qardabanidən çıxarılmasını istəyib. Konflikt o həddə çatıb ki, işə Gürcüstan Daxili İşlər naziri Georgi Mqebrişvili qarışmalı olub.
Bu konflikt ayrı-ayrı insanlar arasında baş verib. İmkan vermək olmaz ki, bundan situasiyanın gərginləşdirilməsi üçün istifadə edilsin. Bu, milli konflikt deyil və ondan Azərbaycan və Gürcüstan xalqlarının düşmənləri istifadə etmək istəyir”







