Siyasət

ER Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Kanada Krallığının Hərbi Kollecinə gedib

ER Müdafiə naziri Vigen Sargsyanın başçılıq etdiyi nümayəndə heyətinin Kanadaya işgüzar səfəri davam edir. Noyabrın 15-də nümayəndə heyəti Vankuverdən Monreala gedib.

Noyabrın 16-da Ermənistan MN rəhbəri Kanadanın Sen-Jan Krallıq hərbi Kollecinə getdi. Kollecin rəhbərliyi Vgien Sargsyanı kollecin zəngin tarixi və ənənəəri ilə tanışdırdı, təhsil sistemi və xüsusiyyətlərini təqdim etdi.

Ermənistan Müdafiə naziri kanadalı həmkarlarına Ermənistanın Monte Melkonyan adına hərbi məktəbinin təcrübələrini təqdim edib. Tərəflər əməkdaşlıq prespektivləri də müzakirə ediblər.

Eyni gündə erməni nümayəndə heyəti Monrealdakı “Erməni mərkəzində” də olub. Mərkəzdə Vigen Sargsyan erməni icması nümayəndələri ilə görüşüb. MN rəhbəri Erməni Ordusunun modernləşmə layihələrini, SQ-dakı islahatlar prosesi və əsas istiqamətlərini təqdim edib. Vigen Sargsyan iştirakçıların suallarına da cavab verib.

Daha çox göstər
Back to top button