Merkel: “Ermənistan və Azərbaycan ilə Tərəfdaşlıq Sazişi imzalayacağıq”

Avropa Birliyi üçün aydındır ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərində Rusiyanın xüsusi rolu var. Bu haqda noyabrın 24-də “Şərq tərəfdaşlığı” sammitinin açılışı zamanı Almaniyanın kansleri Angela Merkel qeyd etdi.
Kansler “Şərq tərəfdaşlığı”nın 2 əhəmiyyətli nöqtəsinə diqqət çəkdi. Bizim üçün “Şərq tərəfdaşlığı” çox əhəmiyyətlidir. Bir tərəfdən söz insanların həyat keyfiyyətinin yaxşılaşdırılması, demokratiyanın inkişafı haqqındadır. Digər tərəfdən bu bizim təhlükəsizliyimizi ilə bağlıdır. Bu münasibətilə çox şadam ki, Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladıq.
İndi Ermənistan və Azərbaycan ilə Tərəfdaşlıq sazişi imzalayacağıq. Bu Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin bizn onlarla əməkdaşlıq edəcəyik. Bizim üçün aydındır ki, bu ölkələr halda Rusiya münasibətləri mərkəzi rol oynayır. Bu səbəbdən ümid edirəm ki, bu günkü dialoq zamanı biz bu ölkələrdəki daxili siyasi vəziyyəti anlayırıq”- deyə Merkel qeyd etdi.







