RF Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Putin planı”nı şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin Planı”nın mövcudluğu barədə xəbərləri şərh edib.
M. Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib: “Biz hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşırıq, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürük.Doğru deyirsiniz ki, bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik.
Bununla əlaqədər XİN-in veb saytı var, brifinqlər təşkil edirik və sualları cavablandırırıq” – deyə M.Zaxarova Lavrovun regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “Putin planı”nın çatdırılmasını şərh etmək barədə xahişinə cavab olaraq qeyd etdi.







