Siyasət

L. Kalaşnikov: “RF Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına qarşı deyil, lakin son sözü Ermənistanındır”

“Joxovurd” (Xalq) qəzetinə müsahibəsində RF-nın xarici işlər naziri Sergey Lavrovun RF   Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına qarşı olmadığa dair bəyanatına toxunaraq Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasının MDB işlər,  Avrasiya inteqrasiya üzrə komitənin rəhbəri Leonid Kalaşnikov qeyd etdi ki, Ermənistanınm razılığı olmadan digərlərdən belə bir razılıq ələ etmək çox çətin olacaq.

“Bu hər kəs çox yaxşı anlayırlar. Bütün bunların gələcəkdə necə inkişaf edə biləcəyini  hər kəs yaxşı anlayır, bu yalnız Ermənistan, Azərbaycan, Rusiya Federasiyası, Belarus və Qazaxıstan arasında konsensun əldə edilməsi şərti ilə  ola bilər. Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına qarşı deyil, lakin son sözü Ermənisatnındır”- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button