Siyasət
102-ci hərbi bazanın radioelektronik mübarizə və pilotsuz uçan aparatların qoşun bölmələri Ermənistanda təlimlər keçirib

Ermənistanda yerləşmiş RF Hərbi Qüvvələrin 102-ci hərbi bazasının radioelektronik döyüş və pilotsuz uçan aparatların qoşun böımələri birgə təlimlər keçirib.
Bu barədə “Razm.info”-ya Cənubi hərbi okruqun mətbuat xidmətindən bildirilib.
Üç günlük təlimlər “Kamuğ” və “Alagyaz” hərbi təlimxanalarında keçirilib.
Təlimlərdə 300 hərbçi, 50 ədəd hərbi texnika, o cümlədən “İnfauna”, “Zastava”, “Navodçik” radioelektronik mübarizə kompleksləri iştirak edib.







