Siyasət

M.Mayilyan: Artsaxın tanınma prosesi başlamışdır

“Respublikamız 1991-ci ildə elan edilibvə təbii ki, beynəlxalq tanınmasına nail olmaq üçün bizim xarici əlaqələrimiz olmalıdır. Biz tanınmış dövlətlərin xüsusi funksiyalarını həyata keçirirk və bunlardan biri təhlükəsiz inkişaf üçün əlverişli xarici şəraitlərin yaranmasıdır”,-deyə İranın “Şərq” qəzetinə müsahibədə Artsax Xİ naziri Movses Mayilyan “Artsaxın tanınmamış bir dövlət kimi necə xarici siyasəti vardır7” sualını cavablanırkən bildirib.

“Artsax Respublikası 1933-cü ildə qəbul edilən Montevideo Konvensiyasının müstəqil ölkənin formalaşma prinsiplərinə uyğundur. Bu prinsiplərdən biri də digər ölkələrlə əlaqəyə girmə imkanıdır.

BMT üzv dövlətləri tərəfindən Artsax Respublikasının tanınmaması Artsaxın regiondakı önəmli hərbi-siyasi faktorunu şübhə altına almır. Bir çox dövlətlər var ki, yaranmasından onilliklər sonra tanınmışdır. Bir neçə yüz il ərzində beynəlxalq səviyyədə tanınmış İsveçrə nümunəsini də qeyd etmək lazımdır. Artsaxın tanınma prosesi başlamışdır. Hazırda o, ayrı dövlət strukturları, ştatları, rayonları və şəhərləri səviyyəsində davam edir. Məsələn, Respublikamızı tanıyan ABŞ ştatlarından biri olan Kaliforniya nümayəndə heyəti bu günlərdə Artsaxdadır”.

Daha çox göstər
Back to top button